İcmal Maliyyə Hesabatları Üzrə
Auditor Hesabatı (Rəy)
“Caspian Petrol” Məhdud Məsuliyyətli
Cəmiyyətinin təsisçilərinə:
Rəy31 dekabr 2018-ci il tarixinə icmal mühasibat balansından, icmal mənfəət və zərərlər hesabatından, kapitalda dəyişikliklər icmal hesabatından, göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti icmal hesabatından, habelə müşayiətedici qeydlərdən ibarət əlavə edilən icmal maliyyə hesabatı “Caspian Petrol” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2018-ci il tarixində başa çatan il üçün auditi aparılmış maliyyə hesabatları əsasında hazırlanmışdır. 13 aprel 2019-cu il tarixində biz göstərilən maliyyə hesabatı üzrə müsbət rəy ifadə etmişik. Həmin maliyyə hesabatları və icmal maliyyə hesabatı göstərilən maliyyə hesabatları üzrə hesabatın tarixdən sonra baş vermiş hadisələrin təsirini əks etdirmişdir.
İcmal maliyyə hesabatları bütün informasiyaları əks etdirmir. Bu səbəbdən icmal maliyyə hesabatları ilə tanışlıq “Saspian Petrol” Məhdud Məsuliyyətli Cəmiyyətinin auditi aparılmış maliyyə hesabatları ilə tanışlığı əvəz edə bilməz.
İcmal maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti
Rəhbərlik audit aparılmış maliyyə hesabatlarının ümumiləşmiş təqdimatının hazırlanmasına görə məsuliyyət daşıyır.
Auditoriyanın məsuliyyəti
Bizim vəzifəmiz “İcmal maliyyə hesabatlarına dair hesabat tapşırığı” beynəlxalq audit standartlarına uyğun aparılmış prosedurlar əsasında icmal maliyyə hesabatları üzrə rəy bildirməkdir.
Rəy
Bizim fikrimizcə, 31 dekabr 2018-ci il tarixində başa çatan il üçün “Caspian Petrol” Məhdud Məsuliyyətli Cəmiyyətinin auditi aparılmış maliyyə hesabatları əsasında hazıranmış icmal maliyyə hesabatları bütün əhəmiyyəti aspektlərdən əsasən belə maliyyə hesabatlarına uyğundur.
Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş
İCAZƏ (Lisenziya) SA/281 24.08.2017-ci il
19 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası F.X.Xoyski 98 a
E-mail :iqtisadç
[email protected] Tel: (050) 593-26-72