Bakı Ağır Cinayətlər Məhkəməsində 7 yaşlı uşağ öldürməyə cəhddə ittiham olunan Mövsüm Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən M. Bağırov barəsində təyin edilən psixatrik ekspertizanın rəyi elan edilib. Məhkəmə psixatrik ekspertizasının rəyinə əsasən, M. Bağırov hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.
Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.
Qeyd edəki, hadisə keçən il Bakının Xəzər rayonunda baş verib. 20 yaşlı M.Bağırov qonşuluqda olan Alı Vəliyevin başına daş çırparaq onu öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb uşağın M.Bağırovun üstünə pirotexniki vasitə atması olub.
Polis tərəfindən saxlanılan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.
Nyus.Az